Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Ev oyunlarında ən çox azarkeş toplayan komandalar bəlli oldu
sport

Ev oyunlarında ən çox azarkeş toplayan komandalar bəlli oldu

03-04-2026 11:00 13 Views
IMG

2024/2025 mövsümündə Misli Premyer Liqası komandalarının ev oyunlarında orta hesabla iştirak etmiş azarkeş sayı açıqlanıb.

"Tvit.az" xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.

Siyahıya "Turan Tovuz" başçılıq edir. Tovuz təmsilçisinin ev matçlarına orta hesabla 4361 tərəfdar gəlib.

"Neftçi" (2209) ikinci pillədə qərarlaşıb. İlk "üçlüy"ü "Sumqayıt" (1858) qapayıb.

Növbəti sıralarda "Qarabağ" (1729), "Sabah" (1357), "Şamaxı" (1161), "Kəpəz" (1033), "Zirə" (753), "Səbail" (642) və "Araz-Naxçıvan" (256) yer alıblar.