Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Valideynlərə ciddi xəbərdarlıq: Cəza üsulu uşaqların psixologiyasını məhv edə bilər
sosial

Valideynlərə ciddi xəbərdarlıq: Cəza üsulu uşaqların psixologiyasını məhv edə bilər

03-04-2026 09:00 14 Views
IMG

Uşaqları "cəza və mükafat" üsulu ilə idarə etmək onların psixologiyasına ciddi mənfi təsir göstərir.

Tvit.az xəbər verir ki, bu barədə rusiyalı psixoloq Taşa Valeyeva RT telekanalına müsahibəsində bildirib.

Mütəxəssisin sözlərinə görə, bu cür tərbiyə metodu uşaqlarda daxili həvəs, fərdi xüsusiyyətlər və ya maraq formalaşdırmır. Əksinə, bu yanaşma onlarda asılılıq və "emosional karlıq" hissinin yaranmasına səbəb olur. Psixoloq cəzalandırma üsulunu valideynlərin acizliyi və manipulyasiya vasitəsi kimi qiymətləndirib.

Taşa Valeyeva qeyd edib ki, cəza azyaşlıları daha yaxşı olmağa yönləndirmir, əksinə onlarda aşağıdakı problemləri yaradır:

Qəzəb və qorxu: Uşağın daxilində valideynə qarşı gizli nifrət kök salır;

 

Özgüvən əskikliyi: Uşaq öz qərarlarına inanmır və ətrafdakılardan asılı vəziyyətə düşür;

Aqressiya: Öz hədəflərinə çatmaq üçün zorakılığa meyilli olur.

Psixoloq valideynlərə cəza tətbiq etmək əvəzinə bu addımları atmağı məsləhət görür:

- Uşaqla səmimi ünsiyyət qurmaq;

- Dəqiq və anlaşılan sərhədlər (qaydalar) təyin etmək;

- Onun hərəkətlərinin arxasında duran motivləri və duyğuları anlamağa çalışmaq.

Məhz bu cür sağlam münasibətlər uşağın fərd kimi inkişaf etməsinə və gələcəkdə sağlam həyat sürməsinə zəmin yaradır.