ABŞ ilə İran arasında dolayı danışıqlar davam edir.
Tvit.az xəbər verir ki, “Channel 12” telekanalının məlumatına görə, ABŞ-ın vitse-prezidenti JD Vens ilə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf arasında təmaslar davam edir.
Bildirilir ki, danışıqlara Pakistan ordusunun baş komandanı, feldmarşal Seyid Asim Münir vasitəçilik edir.
Məlumata görə, son əlaqə çərşənbə axşamı baş tutub. Bu zaman Vens Vaşinqtonun əsas şərtini çatdırıb: İran Hörmüz boğazını yenidən açacağı təqdirdə ABŞ atəşkəsə hazırdır.
Eyni zamanda qeyd olunur ki, Vens ABŞ prezidenti Donald Trampın səbrinin tükənmək üzrə olduğunu bildirib. Mənbələrin sözlərinə görə, ABŞ-ın əvvəlcədən müəyyən etdiyi hədəflərə zərbə endirməsi üçün təxminən 2–3 həftə vaxt tələb olunur və bu müddət ərzində Vaşinqton razılaşma əldə etməyə çalışır.
Digər tərəfdən, məlumatda bildirilir ki, İran İsrail ərazisində əsas magistral yolları – 1, 2, 4 və 6 nömrəli avtomobil yollarını hədəfə almaqla hədələyib.
Aysel Şirinova