Əgər Amerika ordusu İranda quru əməliyyatları aparmağa cəhd edərsə, bir nəfər də düşmən hərbçisi sağ qalmayacaq.
Tvit.az İran mediasına istinadən xəbər verir ki, bunu İran Ordusunun baş komandanı, general-mayor Əmir Hatəmi deyib.
“Əgər düşmən quru əməliyyatları aparmağa cəhd edərsə, bir nəfər də sağ qalmamalıdır. İran ordusunun bütün şəxsi heyəti şəhid olmağa and içib”, - deyə, Hatəmi vurğulayıb.
Elmin Alışov