Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Zelenski Uitkoff və Kuşnerlə görüş elan etdi
dünya

Zelenski Uitkoff və Kuşnerlə görüş elan etdi

01-04-2026 23:00 22 Views
IMG

Vladimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerlə görüş keçirdiyini bildirib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən, Kiyev rəhbəri əlavə edib ki, o, həmçinin ABŞ senatoru Lindsi Qrem və NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

“Razılaşdıq ki, komandalarımız yaxın günlərdə Ukrayna ilə ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə sənədin gücləndirilməsi üçün daim əlaqədə qalacaqlar”, – deyə o, Telegram kanalında yazıb.

Zelenski Ukraynanın həmçinin İordaniya və Küveytlə də razılaşmalar üzərində işlədiyiniu də qeyd edib.