Pentaqon "Boeing" və "Lockheed Martin" şirkətləri ilə Patriot zenit-raket kompleksləri üçün nəzərdə tutulan Patriot PAC-3 MSE raketlərinin yönləndirmə sistemlərinin istehsalını üç dəfə artırmağı nəzərdə tutan saziş imzalayıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunur ki, saziş 7 il müddətinə hesablanıb. Pentaqon uzunmüddətli bu razılaşmanın ABŞ hərbçilərinin maraqları naminə istehsal həcminin artırılmasına imkan verəcəyini gözləyir.
Aysel Şirinova