İran Prezidenti Məsud Pezeşkiyan bildirib ki, uzun illər davam edən siyasi gərginliklərə baxmayaraq, İran xalqı adi amerikalıları və digər xalqları düşmən kimi görmür.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, O qeyd edib ki, iranlılar Amerika, Avropa və qonşu ölkələr də daxil olmaqla, heç bir millətə qarşı düşmənçilik bəsləmir.
Prezident vurğulayıb ki, İran cəmiyyətində hökumətlərlə xalqlar arasında hər zaman aydın fərq qoyulur.
Onun sözlərinə görə, bu yanaşma ölkənin mədəniyyətində və kollektiv düşüncəsində dərin kök salıb və müvəqqəti siyasi mövqe hesab olunmur.
Pezeşkiyan əlavə edib ki, tarix boyu xarici müdaxilələr və təzyiqlərə baxmayaraq, iranlılar bu prinsipi qoruyub saxlayıblar.
Aysel Şirinova