İran prezidenti Məsud Pezeşkiyan İranın təhlükəsizlik təhdidi kimi təsvir edilməsini rədd edərək, bunların "tarixi reallıqla" uyğun olmadığını bildirib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, o, ABŞ-dakı insanlara ünvanladığı və dövlət media orqanı olan Press TV-də yayımlanan məktubda yazıb: "İran, məhz bu ad, xarakter və kimliklə, bəşəriyyət tarixindəki ən qədim davamlı sivilizasiyalardan biridir. İran müasir tarixində heç vaxt təcavüz, genişlənmə, müstəmləkəçilik və ya hökmranlıq yolunu seçməyib. İran heç vaxt müharibə başlatmayıb. Buna baxmayaraq, ona hücum edənləri qətiyyətlə və cəsarətlə dəf edib".
O, İranın təhlükə kimi təsvir edilməsinin xarici maraqlara xidmət etdiyini iddia edib:
"İranı təhdid kimi təqdim etmək nə tarixi reallıqla, nə də bugünkü müşahidə edilə bilən faktlarla uyğun gəlmir. Belə bir qavrayış güclülərin siyasi və iqtisadi şıltaqlıqlarının - təzyiqi əsaslandırmaq, hərbi üstünlüyü qorumaq, silah sənayesini dəstəkləmək və strateji bazarlara nəzarət etmək üçün düşmən yaratmaq ehtiyacının məhsuludur".
Aysel Şirinova