Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu ərazilərdə qaz OLMAYACAQ
sosial

Bu ərazilərdə qaz OLMAYACAQ

01-04-2026 18:00 13 Views
IMG

Sabah Bakının Xəzər rayonunun bəzi ərazilərində təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə Tvit.az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, Xəzər rayonunda aparılacaq təmir-quraşdırılma işləri ilə əlaqədar aprelin 2-də saat 10:00-dan etibarən Şağan qəsəbəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.