Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Makron: Fransa "nə Çin, nə də Amerika hegemoniyasına" dözməyəcək
dünya

Makron: Fransa "nə Çin, nə də Amerika hegemoniyasına" dözməyəcək

01-04-2026 17:00 15 Views
IMG

Fransanın "nə Çin, nə də Amerika hegemoniyasını" qəbul etmək niyyəti yoxdur və böyük dövlətlərdən asılılığını azaltmaq istəyir.

 

Tvit.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron NHK- yə verdiyi müsahibədə bildirib.

 

"Bizim nə Çin, nə də Amerika hegemoniyasını qəbul etmək niyyətimiz yoxdur. Hegemoniya axtaran və hərəkətləri başa düşülməyən böyük dövlətlərdən asılılığımızı azaltmaq, Avropanın strategiyasının əsasını təşkil edən "strateji muxtariyyət" konsepsiyasının davamıdır", - deyə o bildirib.

 Fransa prezidenti Yaponiya, Kanada və Hindistan da daxil olmaqla digər ölkələrlə münasibətləri dərinləşdirmək niyyətində olduğunu bildirib.