Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Əraqçi: Bəzi ölkələrin gəmiləri Hörmüz boğazından istifadəni dayandırıb
dünya

Əraqçi: Bəzi ölkələrin gəmiləri Hörmüz boğazından istifadəni dayandırıb

31-03-2026 23:00 11 Views
IMG

İranın xarici işlər naziri Abbas Araghchi “Əl-Cəzirə”yə açıqlamasında bəzi ölkələrlə əlaqəli gəmilərin Hörmüz boğazından istifadə etməmək qərarına gəldiyini bildirib.

 

Tvit.az xəbər verir ki, nazirin sözlərinə görə, bu qərar təhlükəsizlik riskləri, yüksək sığorta xərcləri və digər səbəblərlə bağlıdır.

 

O qeyd edib ki, bəzi ölkələr İranla danışıqlar apararaq gəmilərinin təhlükəsiz keçidini təmin etməyə çalışıblar. “Onlardan bəziləri bizimlə danışıqlar aparmaq üçün gəliblər və biz, xüsusilə dost ölkələr üçün təhlükəsiz keçidi təmin etmişik”, – deyə o bildirib.

Əraqçi əlavə edib ki, İranla əlaqə saxlayan və razılaşma əldə edən ölkələrin gəmiləri üçün təhlükəsiz keçid imkanı yaradılıb.

 

Aysel Şirinova