Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Qana millisinin baş məşqçisi Otto Addo vəzifəsindən uzaqlaşdırılıb
sport

Qana millisinin baş məşqçisi Otto Addo vəzifəsindən uzaqlaşdırılıb

31-03-2026 12:00 15 Views
IMG

Qana millisinin baş məşqçisi Otto Addo istefaya göndərilib.

 

Tvit.az-ın Qana Futbol Assosiasiyasına istinadən məlumatına görə, 50 yaşlı mütəxəssislə ayrılıq qərarına səbəb yığmanın mart ayındakı uğursuz çıxışı olub.

 

Belə ki, qanalılar yoldaşlıq görüşlərində Avstriyaya 1:5, Almaniyaya isə 1:2 hesabı ilə məğlub olublar. Ümumilikdə isə komanda ardıcıl dörd oyundur məğlubiyyətlə üzləşir.

 

Qeyd edək ki, 2024-cü ilin martından komandaya rəhbərlik edən Addo gələn il keçiriləcək dünya çempionatına 10 həftə qalmış işini itirib. Qana millisi ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-nın qrup mərhələsində Xorvatiya, İngiltərə və Panama ilə qarşılaşacaq.