Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm İsmayıllıda ağır qəza: 2 ölü, 3 yaralı
turizm

İsmayıllıda ağır qəza: 2 ölü, 3 yaralı

31-03-2026 10:00 14 Views
IMG

İsmayıllıda ağır avtoqəza olub.

 

Tvit.az xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində Nicat Əsgərovun idarə etdiyi VAZ-2115 markalı avtomobil yoldan çıxaraq aşıb.


Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı körpə (qız) hadisə yerində ölüblər.

 

Həmçinin, avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan xəsarət alıb.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.