Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sumqayıtda 30 min abonentin qazı dayandırılacaq
sosial

Sumqayıtda 30 min abonentin qazı dayandırılacaq

31-03-2026 10:00 12 Views
IMG

Sumqayıtda 30 min abonentin qazı müvəqqəti dayandırılacaq.

 

Tvit.az "Report"a istinadla xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

 

Belə ki, qaz tənzimləyicisinin təmiri ilə əlaqədar olaraq Sumqayıt şəhərinin 1, 2, 3, 4, 5, 7, 8, 12, 19, 21, 29, 30, 34, 36 və 45-ci məhəllələri, həmçinin, 1, 2, 5 və 6-cı mikrorayonları üzrə abonentlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Məlumata görə, təxminən, 30 min abonentə qazın verilişi saat 11:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq.


Təmir-bərpa işləri başa çatdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.