Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Daşkəsəndə avtomobil yolu çökdü
sosial

Daşkəsəndə avtomobil yolu çökdü

30-03-2026 12:00 14 Views
IMG

Daşkəsən rayonunda Alünütdağ-Daşkəsən avtomobil yolunda sel suları nəticəsində çökmə baş verib.

 

Tvit.az Report-a istinadla xəbər verir ki, hadisə qəsəbədaxili 3 km-lik avtomobil yolunun 2-ci km-də qeydə alınıb.

 

Problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb, ərazi çəpərlənib.

 

Rayonda aidiyyatı qurumlar tərəfindən tədbirlər görülür. Ərazidən qaya parçaları götürülüb, həmçinin yolun genişləndirilməsi işlıri görülür. Hazırda gediş-gəliş təmin olunub.