Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycan U-17 millisi Litva ilə qolsuz heç-heçə edib
sport

Azərbaycan U-17 millisi Litva ilə qolsuz heç-heçə edib

27-03-2026 16:00 12 Views
IMG

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün ikinci oyununa çıxıb.

 

Tvit.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan komanda Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə üz-üzə gəlib.

 

"Nikola Şterev - Starika İdman Kompleksi"ndə keçirilən görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

 

Xatırladaq ki, U-17 daha əvvəl Bolqarıstanla bərabərə qalıb - 1:1. Komanda martın 30-da Malta ilə qarşılaşacaq.