Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Zelenski: Ukrayna və ABŞ Rusiyanın müharibəni başa çatdırmağa hazırlığını fərqli qiymətləndirirlər
dünya

Zelenski: Ukrayna və ABŞ Rusiyanın müharibəni başa çatdırmağa hazırlığını fərqli qiymətləndirirlər

26-03-2026 13:00 22 Views
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev və Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinin başa çatması perspektivlərini fərqli qiymətləndirdiklərini bildirib.

 

Tvit.az xəbər verir ki, o, bu barədə "Le Monde" nəşrinə müsahibəsində bildirib.

 

"Biz Rusiyadan müharibənin başa çatması ilə bağlı səmimi istək görmürük və bunu tərəfdaşlarımızla bölüşürük. ABŞ hesab edir ki, Putin (Rusiya Prezidenti Vladimir Putin - red.) müharibənin başa çatmasını istəyir. Burada bizim tamamilə fərqli baxışlarımız var. Bir tərəfdən, heç nə olmaz, fərqli baxışların olması normaldır. Lakin digər tərəfdən, biz müharibənin başa çatmasını, bu prosesin sürətləndirilməsini istəyəndə Rusiyaya təzyiq məsələsini qaldırırıq", - Ukrayna lideri deyib.

 

Zelenski vurğulayıb ki, Ukrayna tərəfi Putinin müharibəni başa çatdırmaq istəmədiyini bilir və buna görə də onun bunu istəməsi üçün əlavə təzyiq göstərilməsini xahiş edir.

 

Onun sözlərinə görə, ABŞ hesab edir ki, Rusiya prezidenti müharibənin başa çatmasında maraqlıdır və əgər Rusiya da sülhə hazır olduğunu göstərirsə, bu vəziyyətdə əlavə təzyiqə ehtiyac yoxdur:

 

"Bəzi məsələlərə fərqli baxışlar var və bunun üzərində işləmək lazımdır".