“X” platforması İranın ali rəhbəri Əli Xameneyinin italyan dilində paylaşımlar edilən sosial media hesabının fəaliyyətini məhdudlaşdırıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bildirilib ki, Xameneyinin səhifəsi istifadəçi hesabı qaydaları pozduğuna görə dayandırılıb.
Qeyd edək ki, bu, Əli Xameneyinin media hesablarının fəaliyyətinin dayandırıldığı ilk hal deyil. Bundan əvvəl onun ivrit dilində olan istifadəçi hesabı açıldıqdan bir gün sonra platforma tərəfindən qapadılmışdı.
Elmin Alışov