Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Qaxda qanlı mübahisə - Xəsarət alanlar var
sosial

Qaxda qanlı mübahisə - Xəsarət alanlar var

19-03-2026 23:00 8 Views
IMG

Qaxda baş verən insident zamanı iki nəfər xəsarət alıb.

 

Tvit.az Unikala istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qax şəhərində qeydə alınıb. Belə ki, 34 yaşlı Adil Abdurəhmanov yaşadığı ünvanda tanışı, 18 yaşlı Rəvan Qadaşovla mübahisə edib. Mübahisə zamanı A.Abdurəhmanov kəsici alətlə R.Qadaşova xəsarət yetirib. Qarşı tərəf isə boşqabdan istifadə edərək ona xəsarət yetirib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır. Hadisənin bütün halları dəqiqləşdirilir, tərəflərin xəsarət dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin olunub.