Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycana gətirilən tinglərdə virus aşkarlanıb
sosial

Azərbaycana gətirilən tinglərdə virus aşkarlanıb

19-03-2026 16:00 17 Views
IMG

İdxal olunan əkin-səpin materiallarına nəzarət tədbirləri çərçivəsində "Agro Plant" MMC, "Agroma" MMC, "Amogrovv" MMC və fiziki şəxs Nahid Xanlar oğlu Eldarovun Türkiyədən idxal etdiyi şaftalı, nektarin, gilas tinglərindən nümunələr götürülərək müayinələrə cəlb olunub.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

 

Bildirilib ki, sınaq nəticəsində tinglərdə karantin tətbiq edilən Şarka virusu aşkarlanıb.

 

Faktla əlaqədar məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkarların müraciəti əsasında 15 100 ədəd şaftalı, 3 600 ədəd nektarin, 300 ədəd gilas tingi məhv edilib.

 

Qeyd edək ki, Şarka virusu bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.