Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Qalatasaray" "Liverpul"la oyundakı hadisəyə görə kompensasiya tələb edəcək
sport

"Qalatasaray" "Liverpul"la oyundakı hadisəyə görə kompensasiya tələb edəcək

19-03-2026 14:00 14 Views
IMG

Türkiyənin "Qalatasaray" klubu UEFA nümayəndələrinə şikayət ərizəsi ilə müraciət edib.

 

Tvit.az "HT Spor"a istinadən xəbər verir ki, bu, komandanın İngiltərədə "Liverpul"a uduzduğu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan (0:4) sonra baş verib.


İstanbul təmsilçisinin baş katibi Eray Yazgan Noa Lanqın ağır zədə alması ilə bağlı bu addımı atdıqlarını bildirib:

 

"Matçdan sonra bu məsələ ilə bağlı UEFA nümayəndələrinə şikayət ərizəsi ilə müraciət etdik. Qurum vəziyyəti qiymətləndirəcək. Biz vəkillərlə məsləhətləşirik. UEFA-ya kompensasiya tələbi ilə müraciət edəcəyik və iddialarımızın nəzərdən keçirilməsini tələb edəcəyik. Tələbimiz təmin edilməsə, məhkəmə iddiası qaldırıla bilər. Oyunçularımızın sağlamlığı bizim üçün prioritetdir".

 

Xatırladaq ki, Noa Lanq sözügedən qarşılaşmada ağır zədə alıb. Niderlandlı oyunçunun barmağı reklam lövhəsindəki polad dəliyə ilişərək kəsilib.