Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Qətərdə Təxliyə Prosesi Başlayıb
dünya

Qətərdə Təxliyə Prosesi Başlayıb

18-03-2026 21:00 18 Views
IMG

Qətər hakimiyyəti İranın Fars körfəzi ərəb ölkələrinin enerji infrastrukturuna zərbələr endirmək təhdidləri fonunda ölkənin şimalında yerləşən Ras-Laffan şəhərindəki mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı kompleksindən personalı təxliyə edir.

 

Tvit.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

 
 

Mənbənin məlumatına görə, Ras-Laffan şəhərində obyektlərin təxliyəsinə artıq başlanılıb. Qərar Tehran tərəfindən Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdə yerləşən bir sıra neft və qaz obyektlərinə qarşı hazırlanmış hücumlarla bağlı xəbərdarlıq edildikdən sonra qəbul olunub.

Çərşənbə günü İranın Buşehr əyalətinin Assaluye rayonunun rəhbəri bildirib ki, İsrail və ABŞ-ın zərbələri nəticəsində Cənubi Pars yatağının bir neçə obyektində yanğın baş verib. Bununla əlaqədar olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yaxın vaxtlarda Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdə neft-qaz sektoruna aid obyektlərə hücum etməyi planlaşdırdığını açıqlayıb.

 

Aysel