Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial "Bakı Metropoliteni"ndə yüksəkvəzifəli şəxs işdən çıxarıldı
sosial

"Bakı Metropoliteni"ndə yüksəkvəzifəli şəxs işdən çıxarıldı

17-03-2026 11:00 12 Views
IMG

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin istismar üzrə baş mühəndisi Azad Mustafayev vəzifəsindən azad edilib.

 

Tvit.az APA-ya istinadla xəbər verir ki, onun yerinə Namiq Yusubov qurumun baş mühəndisi təyin olunub.

 

Qeyd edək ki, N.Yusubov bundan öncə Metropolitendə istehsalat texniki şöbəsinin rəisi vəzifəsini tutub.

 

A.Mustafayev isə 2019-cu ildə "Bakı Metropoliteni" QSC-nin sabiq sədri Zaur Hüseynovun əmri ilə qurumda istismar üzrə baş mühəndisin müavini kimi fəaliyyətə başlayıb. 2023-cü ildə isə QSC-nin istismar üzrə baş mühəndisi təyin edilib.