Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport İdmançılarımızın Olimpiya oyunlarında qazandıqları medallar yenisi ilə əvəz olundu
sport

İdmançılarımızın Olimpiya oyunlarında qazandıqları medallar yenisi ilə əvəz olundu

16-03-2026 22:00 11 Views
IMG

Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşınmaya məruz qalan medallar yenisi ilə əvəz edilib.

"Tvit.az" xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Milli Olimpiya Komitəsinə (MOK) verdiyi məlumatda bildirilib.

Qeyd edilib ki, taekvondoçu Qaşim Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə əvəz olunub. Medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndəriləcək.

Medalların təqdimatı üçün Olimpiya mükafatçıları MOK-a dəvət olunacaq və yenisi ilə əvəz olunan medallar onlara təqdim ediləcək.