Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Türkiyə XİN İsrailin Livana hücumlarını pisləyib
dünya

Türkiyə XİN İsrailin Livana hücumlarını pisləyib

16-03-2026 19:00 17 Views
IMG

Türkiyə İsrailin Livana qarşı başlatdığı və bölgədəki qeyri-sabitliyi daha da dərinləşdirən quru əməliyyatını qınayıb.

 

"Tvit.az" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.

 

"Netanyahu hökumətinin kütləvi cəzalandırma siyasətini bu dəfə Livanda həyata keçirməsi bölgədə yeni bir insani fəlakətə yol açacaq" , - bəyanatda bildirilib.

 

Türkiyə XİN Livanın suverenliyini və ərazi bütövlüyünü pozan bu hücumlar qarşısında Beyrutla həmrəylik ifadə edib.