Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycanda həftəsonu avtoqəzalarda üç piyada ölüb
sosial

Azərbaycanda həftəsonu avtoqəzalarda üç piyada ölüb

16-03-2026 14:00 20 Views
IMG

Azərbaycanda həftəsonu baş verən yol-nəqliyyat hadisələri zamanı üç nəfər ölüb.

 

Bu barədə Tvit.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, sutkanın qaranlıq vaxtı, yaşayış məntəqələrində qeydə alınan bu hadisələr əksər piyadaların yol hərəkəti qaydalarına əhəmiyyət verməməsi, yolu istənilən yerdən keçmək alışqanlığı, yolu keçərkən qulaqlıqdan istifadə edilməsi, yaxud diqqəti yayındıran, onlara təhlükəli sahədə olduqlarını unutduran məşğuliyyətə aludəçilik, bir sözlə, ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşılması bu faciələrin səbəblərindən biridir.