Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Çin xəbərdarlıq etdi
dünya

Çin xəbərdarlıq etdi

16-03-2026 11:00 15 Views
IMG

Çin hakimiyyəti, ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında patrul xidməti aparmaq təklifinə cavab olaraq, ABŞ və İran arasında münaqişənin eskalasiyasına səbəb ola biləcək hərəkətlərdən qaçmağı zəruri hesab edir. 

 

Tvit.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan bəyanat verib.

 

"Çin növbəti dəfə bütün tərəfləri hərbi hərəkətləri dərhal dayandırmağa, gərginliyin daha da artmasından qaçmağa, regionun sabitliyinin pozulmasının qarşısını almağa və dünya iqtisadiyyatının inkişafı üçün daha ciddi nəticələrə yol verməməyə çağırır", - deyə o, brifinqdə bildirib.

 

Aysel Şirinova