Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Könül Həmzəyeva ilə bağlı qərar verildi
turizm

Könül Həmzəyeva ilə bağlı qərar verildi

13-03-2026 20:00 18 Views
IMG

“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Tvit.az unikala istinadla xəbər verir ki,  müstəntiqin xanım iş adamı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verdiyi vəsatəti Xəzər rayon prokuroru təmin etməyib.

Xatırladaq ki, bir neçə gün bundan öncə Könül Həmzəyeva Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində saxlanılıb. 

Xanım iş adamı külli miqdarda dələduzluqda ittiham olunur.

K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilmişdi. 

Qeyd edək ki, 1 ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət edib. Onlar Xətai Rayon Polis İdarəsinə müraciət edib. Könül Həmzəyevanın Fidan Rzayevadan (Fidan Zeyn) 150 min, Əfsanə Qasımovadan (Azerina) 300 min manat mənimsədiyi ittiham edilir.