Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial 50 min müəllim ixtisar oluna bilər
sosial

50 min müəllim ixtisar oluna bilər

13-03-2026 13:00 16 Views
IMG

Son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunur.

 

Tvit.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov martın 13-də parlamentdə hökumətin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

 

O xatırladıb ki, 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında oldu: “2015-ci ildə Azərbaycanın məktəblərində 1,5 milyondan çox uşaq təhsil alırdı. Bu isə o deməkdir ki, növbəti dövrlərdə məktəblərimizdə oxuyanların sayı əhəmiyyətli dərəcədə azalacaq və bu vəziyyət 50 minə yaxın müəllimin ixtisarı riskini yarada bilər”.

 

Ə.Əhmədov vurğulayıb ki, bir neçə onillikdən sonra isə pensiya alan əhali ilə əmək qabiliyyətində olan əhali arasında nisbət ciddi şəkildə dəyişə bilər:

 

“Bu isə iqtisadiyyatımıza və sosial siyasətimizə ciddi təsir göstərə bilər. Güman edirəm ki, 2026-cı ildə və sonrakı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və hökumət demoqrafik məsələlərə diqqəti daha da artıracaq”.