Tehran yalnız bir sıra şərtlər yerinə yetirildiyi təqdirdə danışıqlara qayıtmağa hazırdır.
Tvit.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Çindəki səfiri Əbdülrza Rəhmani-Fəzli deyib.
Diplomat bildirib ki, ilk addım ABŞ və İsrailin hərbi əməliyyatlarını dərhal dayandırmaqdır. İkinci mərhələ danışıqlar masasına qayıtmaq olmalıdır və onun sözlərinə görə, bu, aparıcı güclərin və BMT Təhlükəsizlik Şurasının müdaxiləsi olmadan mümkün deyil.
Elmin Alışov