Gəncə şəhərində iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Tvit.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində VAZ-2110 avtomobili ilə "Hyundai "markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza zamanı xəsarət alanların olduğu bildirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.