Livan Premyer Liqasında çıxış edən "Nejmeh" klubunun baş məşqçisi Engin Fırat qəfil vəfat edib.
Tvit.az "Haber Global"a istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis dünən Livandan vətəninə dönərkən İstanbul Hava Limanında ürək çatışmazlığından ölüb.
Engin Fıratın zəngin məşqçilik karyerasına 2002-ci ildə "Fənərbağça" klubunda Verner Lorantın köməkçisi kimi başlayıb. "Fənərbağça"dan sonra o, Almaniyaya yollanaraq "LR Ahlen"də yenidən Lorantla çiyin-çiyinə işləyib, ardınca isə Cənubi Koreyanın "İnçon Yunayted" və Türkiyənin "Sivasspor" klublarında müxtəlif vəzifələri icra edib.
İran futbolunda da iz qoyan mütəxəssis "Saipa FC" və "Sepahan" klublarını çalışdırıb, əfsanəvi futbolçu Əli Daeinin köməkçisi qismində İran milli komandasında önəmli rol oynayıb. Fırat 2019-cu ildə Moldova millisinin baş məşqçisi təyin olunub və 2021-2024-cü illər aralığında Keniya milli komandasına 21 matçda rəhbərlik edib. O, son olaraq 8 fevral 2026-cı ildə Livanın ən aparıcı klublarından sayılan "Nejmeh SC" ilə müqavilə bağlamışdı.
2023-cü və 2025-ci illərdə türkiyəli mütəxəssisin adı Azərbaycan milli komandası ilə də hallanıb.