Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı göndəriləcək
sosial

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı göndəriləcək

09-03-2026 09:00 36 Views
IMG

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.

 

Tvit.az xəbər verir ki, Ermənistana göndəriləcək taxılın ümumi çəkisi 488 tondur.

 

Daha sonra qatar "Böyük Kəsik" stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

 

Qeyd edək ki, sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.