Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Goranboyda iki avtomobil toqquşub: Beş nəfər xəsarət alıb
turizm

Goranboyda iki avtomobil toqquşub: Beş nəfər xəsarət alıb

05-03-2026 10:00 22 Views
IMG

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan VAZ - 21011 ilə "Nissan" markalı avtomobillər toqquşub. Qəza zamanı beş nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətlərinin kafi olduğu bildirilib.

 

Xəsarət alanlar 2003-cü il təvəllüdlü R.Şükürov, 2008-ci il təvəllüdlü İ.Furidinli, 1955-ci il təvəllüdlü M.Kərimov, 2002-ci il təvəllüdlü N.Məmmədov və 1990-cı il M.Baxışəliyevdir.

 

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.


Faktla bağlı araşdırma aparılır.