Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home iqtisadiyyat Azərbaycanın İsraillə ticarət dövriyyəsi 57 %-dən çox azalıb
iqtisadiyyat

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 57 %-dən çox azalıb

03-03-2026 16:00 18 Views
IMG

Bu ilin yanvar ayında Azərbaycan və İsrail arasında ticarət dövriyyəsinin dəyəri 4milyon 203 min ABŞ dolları təşkil edib.

 

Tvit.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,3 %azdır.

 

Hesabat dövründə İsraillə ticarət ümumi dövriyyənin 0,1 %-i qədər olub.

 

İl ərzində Azərbaycanın İsrailə ixracının dəyəri 79 % azalaraq 1 milyon 717 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 46 % artaraq 2 milyon 486 min ABŞ dolları olub.

 

Ay ərzində İsrailə ixrac ümumi ixracın 0,1 %-ni, İsraildən idxal isə ümumi idxalın 0,2 %-ni təşkil edib.