Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Ağdərədə istismar müddəti başa çatan döyüş sursatları məhv ediləcək
sosial

Ağdərədə istismar müddəti başa çatan döyüş sursatları məhv ediləcək

02-03-2026 15:00 31 Views
IMG

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 2-6 mart tarixlərində Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.