"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov başqa klubda işləsəydi, bəlkə də daha çox məsuliyyətli olmayacaqdı.
Tvit.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə Məşqçilərin I Forumunda deyib.
O, Qarabağ adının önəmindən bəhs edib:
"İşimizin böyük hissəsi legionerlərlə bağlıdır. Onları elə hazırlamalıyıq ki, hansı ölkədə və komandada olduqlarını bilməlidirlər. Qarabağ bizim yaralı yerimiz idi. Amma öz doğma torpaqlarımızı geri qaytardıq. Başqa klublarda işləyə bilərdim. Amma bəlkə də bu məsuliyyət daha çox olmazdı. Qarabağ adı məni də böyütdü. Hər bir legionerə bu ad haqqında məlumatlar verirdik. Onlara Azərbaycanın qayda-qanunlarına hörmətlə yanaşmalı olduqlarını da söyləyirik".