Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Gürcüstan uçuşları ləğv etdi
sosial

Gürcüstan uçuşları ləğv etdi

01-03-2026 17:00 14 Views
IMG

Yaxın Şərq regionunda baş verən hadisələr səbəbindən Tbilisi və Batumi beynəlxalq hava limanlarından 20-dən çox uçuş ləğv edilib.

 

"Tvit.az" xəbər verir ki, bu barədə Gürcüstan Hava Limanı Assosiasiyasından məlumat verilib. Bildirilib ki, martın 1-də Tbilisi beynəlxalq hava limanından 17 reys yerinə yetirilməyəcək. Batumi hava limanından isə bu günə planlaşdırılan dörd reys ləğv edilib.

 

Tbilisi Beynəlxalq Hava Limanından Tel-Əvivə 7 uçuş, Şarja 2, Dubaya 3, Dohaya 3, Əbu-Dabiyə 1 və Küveytə 1 uçuş ləğv olunub. Bundan əlavə, Batumi Beynəlxalq Hava Limanından Təl-Əvivə dörd reys ləğv edilib.