Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İraq Baş naziri ABŞ-ın Suriya üzrə xüsusi elçisini qəbul edib
dünya

İraq Baş naziri ABŞ-ın Suriya üzrə xüsusi elçisini qəbul edib

27-02-2026 22:00 11 Views
IMG

İraqın Baş naziri as-Sudani ilə ABŞ-nin Suriya üzrə xüsusi elçisi Barrak arasında görüş keçirilib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən, tərəflər Bağdad və Vaşinqton arasındakı ikitərəfli münasibətləri, regiondakı ümumi vəziyyəti və baş verən hadisələri, habelə İraqın bu hadisələrin fəsadlarından qorunmasının vacibliyini müzakirə ediblər.

Barrak ABŞ Prezidentinin regiondakı mövcud vəziyyətə dair mövqeyini və baxış bucağını, eləcə də İraqın sabitliyin təmin olunmasında və regional inkişafa töhfə verməsindəki rolunu as-Sudaniyə çatdırıb.

Öz növbəsində, İraq rəsmisi qeyd edib ki, ölkə rəhbərliyi milli maraqları prioritet tutmağa, İraq xalqının mənafelərini və ali strateji hədəfləri qorumaq üçün səy göstərməyə davam edir.

 

Aysel