İsrail Hərbi Hava Qüvvələrinin döyüşçüləri şərqi Livanda yeddi ərazidə şiə Hizbullah hərəkatının hərbi obyektlərinə bir sıra zərbələr endirib.
Tvit.az xəbər verir ki, bu barədə "Al Jadeed" məlumat yayıb.
Bildirilib ki, silah anbarlarına intensiv bombardman həyata keçirilib. Yanğınsöndürənlər və təcili yardım maşınları hadisə yerinə gedib.
Yerli hakimiyyət orqanları hələ mümkün qurbanlar və yaralılar barədə məlumat verməyiblər.
Aysel Şirinova