Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Osimhen üçün 120 milyonluq təklif
sport

Osimhen üçün 120 milyonluq təklif

26-02-2026 20:00 21 Views
IMG

“Qalatasaray” ulduz futbolçusu Viktor Osimheni itirə bilər.

 

Tvit.az Teleqraf-a istinadla xəbər verir ki, “sarı-qırmızılılar”ın Çempionlar Liqasından kənarlaşdırdığı “Yuventus” nigeriyalı hücumçu üçün rekord məbləğdə təklif irəli sürməyə hazırlaşır.

 

A Seriyası təmsilçisinin Osimhen üçün təxminən 120 milyon avroluq təklif hazırladığı bildirilir. Lakin “Qalatasaray”ın ulduz futbolçunu satmağa istəkli olmadığı, yalnız 150 milyon avro səviyyəsində təklif daxil olacağı təqdirdə onun ayrılığına razılıq verə biləcəyi vurğulanır.

 

Qeyd edək ki, cari mövsüm “sarı-qırmızılılar”ın heyətində 24 oyuna çıxan Osimhen 16 qol vurub və 5 məhsuldar ötürmə edib.