Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu şəxslərə 1000 manat veriləcək? - RƏSMİ
sosial

Bu şəxslərə 1000 manat veriləcək? - RƏSMİ

26-02-2026 13:00 15 Views
IMG

Sosial şəbəkələrdə “1932-ci ildən 2017-ci ilədək dövrdə doğulanlara sosial fond tərəfindən 1000 manat ödəniş ediləcəyi” barədə videoməlumat paylaşılıb.

Tvit.az-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili həmin məlumatın yalan olduğunu qeyd edib.

Onun sözlərinə görə, həmin paylaşımda rəsmi siyahı və s. tanış olmaq üçün izləyicilər profildəki linkə yönləndirilir ki, bu da dələduzluq yolu ilə onların kart məlumatlarını, nəticədə pul vəsaitlərini ələkeçirmək məqsədi daşıya bilər.

“Vətəndaşların diqqətinə çatdırırıq: Həmin saxta məlumata aldanmayın və məlumatda yönləndirilən linkə heç bir halda daxil olmayın”, - deyə R.Mehdili əlavə edib.