Litvanın Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıda "Ana harayı" abidəsinin önünə gül dəstələri qoyaraq Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər.
Tvit.az xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfirliyi "Facebook" sosial şəbəkə səhifəsində paylaşım edib.
"Bu, dərin hüzn günüdür. Biz Azərbaycanda indiyə kimi dərindən hiss olunan kədəri bölüşürük. Tarixi yaddaş bəşəriyyətə bu cür faciələri heç vaxt təkrarlamamağa kömək edəcək" , - deyə səfirliyin paylaşımında vurğulanır.