Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Tottenhem" Premyer Liqada qalacağı təqdirdə klub rəhbərliyi futbolçuların maaşlarını artıracaq
sport

"Tottenhem" Premyer Liqada qalacağı təqdirdə klub rəhbərliyi futbolçuların maaşlarını artıracaq

24-02-2026 22:00 17 Views
IMG

"Tottenhem"in rəhbərliyi komanda İngiltərə Premyer Liqasında qalacağı təqdirdə maaş strukturuna yenidən baxmağı və heyətə ciddi sərmayə yatırmağı planlaşdırırlar.

 

Tvit.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, rəhbərlik maaş siyasətini yenidən nəzərdən keçirməyi və yayda genişmiqyaslı heyət islahatına başlamağı düşünür.

 

Bu plan yalnız komandanın aşağı liqaya düşməməsi halında reallaşa bilər.


"Mahmızlar" hazırda Çempionşipə düşmək təhlükəsi ilə üz-üzədir. Klub baş məşqçi İqor Tudor rəhbərliyi altında turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. Komanda düşmə zonasından cəmi dörd xal öndədir və Premyer Liqada doqquz oyundur qələbə qazana bilmir.

 

Mənbənin yazdığına görə, əgər "Tottenhem" elitada qalmağı bacarsa, rəhbərlik yay "transfer pəncərəsi"ndə yüksək səviyyəli futbolçuların alışını həyata keçirəcək. Bundan başqa, rəhbərlik illərdir futbolçuların maaşlarına kifayət qədər sərmayə yatırılmadığını etiraf edib.


Hazırda "Tottenhem"in maaş fondu "böyük altılıq" klubları arasında ən aşağı göstəricidir və rəhbərlik bu vəziyyətin artıq dəyişdirilməli olduğunu anlayır.