Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial "Bitcoin" antirekordunu yenilədi
sosial

"Bitcoin" antirekordunu yenilədi

24-02-2026 20:00 12 Views
IMG

Dünyanın əsas kriptovalyutası olan "Bitcoin" fevralın 24-də enişini davam etdirib və bu, kriptovalyuta sənayesi üçün 2022-ci ilin iyunundan bəri ən kəskin aylıq geriləməyə səbəb olub.

 

Tvit.az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.

 

Kriptovalyuta 2.9% ucuzlaşaraq, 62 701 dollara düşüb və Nyu-York vaxtı ilə səhər saat 07 radələrində (Bakı vaxtı ilə saat 16 - red.) 63 150 dollar ətrafında ticarət olunub.

 

Ümumilikdə fevral ayı ərzində "Bitcoin" 19%-dən çox dəyər itirib ki, bu da 2022-ci ilin iyunundan bəri ən pis aylıq göstəricidir.

 

Bundan əlavə, kriptovalyuta ardıcıl beşinci ay enişə doğru gedir. Bu, 2018-ci ildən bəri ən uzunmüddətli itkilər seriyası ola bilər.