Pekin nüvə silahlarına nəzarəti müzakirə etmək üçün ABŞ nümayəndə heyəti ilə görüşü təsdiqləyib.
Tvit.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.
O, Cenevrədə Silahsızlanma üzrə Konfransın yüksək səviyyəli iclası çərçivəsində Çin nümayəndə heyəti digər ölkələrin nümayəndə heyətləri ilə əlaqə saxlamağa və Silahsızlanma üzrə Konfransın işi, habelə Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) icmalı üzrə konfrans kimi məsələlər ətrafında fikir mübadiləsi aparmağa hazır olduğunu ifadə edib".
O, həmçinin ABŞ-nin Rusiya ilə strateji sabitlik üzrə dialoqu bərpa edəcəyinə və START-3 (SNV-3) müqaviləsi üzrə növbəti addımları müzakirə edəcəyinə ümidvar olduğunu bildirib.
Aysel Şirinova