Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Almaniyada Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib
sosial

Almaniyada Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

23-02-2026 18:00 18 Views
IMG

Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.

 

Tvit.az xəbər verir ki, bu barədə məlumat Diasporla iş üzrə Dövlət Komitəsinin "X"dəki hesabında yayılıb.

 

Tədbir faciə qurbanlarının əziz xatirəsinin dərin ehtiramla yad olunması ilə başlayıb.

 

Azərbaycan Evinin rəhbəri Yaşar Niftəliyev ötən əsrin ən ağır cinayətlərindən sayılan Xocalı hadisələri barədə tarixi faktları diqqətə çatdırıb. Xocalıda törədilən qətliamın xalqımızın yaddaşında silinməz iz qoyduğunu bildirərək, həmin həqiqətlərin gələcək nəsillərə ötürülməsi istiqamətində diaspor təşkilatlarının gördüyü işlərdən söz açıb.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun yüksək döyüş bacarığı və peşəkarlıq nümayiş etdirərək ölkəmizin gücünü və qüdrətini bütün dünyaya sübut etdiyi qürurla vurğulanıb.