Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "İlk oyundakı nəticəni unutmalıyıq" - "Qarabağ"ın futbolçusu
sport

"İlk oyundakı nəticəni unutmalıyıq" - "Qarabağ"ın futbolçusu

23-02-2026 15:00 19 Views
IMG

Birinci oyunun ilk hissəsində çox uğursuz olduq.

"Tvit.az" xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Joni Montiel UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl” klubuna qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.

O, ikinci yarıda daha yaxşı mübarizə apardıqlarını bildirib: "Kaş ki, birinci hissədə də yaxşı çıxış edərdik. Amma bura Çempionlar Liqasıdır və rəqiblər çox güclüdür. Amma bu nəticəni unudub, İngiltərədəki görüşə hazırlaşmalıyıq".

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə “Sent Ceyms Park” stadionunda təşkil olunacaq “Nyukasl” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda İngiltərə klubu 6:1 hesablı qələbə qazanıb.