Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İran hökuməti britaniyalı ailəyə 10 il həbs cəzası verdi
dünya

İran hökuməti britaniyalı ailəyə 10 il həbs cəzası verdi

19-02-2026 13:00 36 Views
IMG

İranda casusluqda ittiham edilərək həbs olunmuş britaniyalı ailə Kreyg və Lindsi Formanı 10 il müddətinə həbs cəzasına məhkum ediliblər. 

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Hər ikisi 52 yaşında olan turistlər olan Formanlar yanvarda dünya üzrə motosiklet səyahətləri zamanı saxlanılıblar. İran hakimiyyəti iddia edir ki, cütlük xarici kəşfiyyat üçün məlumat toplayırmış. Ailə bu ittihamları rədd edir və öz təqsirsizliyini əsaslandırır.

 

Həbs olunan ər-arvad irəli sürülmüş ittihamları rədd ediblər.

Onların sözlərinə görə, məhkəmə iclası yalnız 3 saat davam edib və onlara özlərini müdafiə etmək imkanı verilməyib.

Britaniyanın xarici işlər naziri Yevett Kuper bu qərarı  dəhşətli və əsassız adlandıraraq pisləyib. O vurğulayıb ki, Britaniya hökuməti Forman ailəsinin təhlükəsiz şəkildə ölkəyə geri dönməsini təmin etmək üçün İran hakimiyyəti ilə aktiv əməkdaşlığı davam etdirəcək.

 

Aysel Şirinova