Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (SSƏMN) yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad olunub.
Tvit.az qaynarinfo.az-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müvafiq əmri ilə Zaur Kamal oğlu İbrahimov tutduğu vəzifəsindən azad edilib.
Qeyd edək ki, 1978-ci ildə Gəncə şəhərindən anadan olan Zaur İbrahimov 2020-ci ilin iyul ayından etibarən Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.


